Futbol

FİFA ən yaxşıları açıqlayır

23.09.2019 , 19:29

FIFA İtaliyanın Milan şəhərində 2019-cu ilin ən yaxşılarını açıqlayacaq.

Korner.az xəbər verir ki, “The Best” mükafatını qazanmağa “Yuventus”dan Kriştiano Ronaldo, “Barselona”dan Lionel Messi və  “Liverpul”dan Virdjil van Dayk namizəddir.

Tədbir Bakı vaxtı ilə 22:30-da başlayacaq.

Ən yaxşı kişi oyunçu

Kriştiano Ronaldo (“Yuventus”, Portuqaliya)

Lionel Messi (“Barselona”, Argentina)

Vircil Van Dayk (“Liverpul”, Hollandiya)

Ən yaxşı qadın oyunçu

Lusi Bronz (“Lion”, İngiltərə)

Aleks Morqan (“Lion”, ABŞ)

Meqan Rapinoy (“Reyqn”, ABŞ)

Ən yaxşı kişi məşqçi

Pep Qvardiola (“Mançester Siti, İspaniya)

Yurgen Klopp (“Liverpul”, Almaniya)

Maurisio Poçettino (“Tottenhem”, Argentina)

Ən yaxşı qadın məşqçi

Jill Ellis (ABŞ, ABŞ millisi)

Fil Nevil (İngiltərə, İngiltərə millisi)

Sarina Viqman (Hollandiya, Hollandiya millisi)

Ən yaxşı kişi qapıçı

Ederson (“Mançester Siti”, Braziliya)

Alisson Bekker (“Liverpul”, Braziliya)

Mark Andre Ter-Ştegen (“Barselona”, Almaniya)

Ən yaxşı qadın qapıçı
Kristeyn Endler  (PSJ, Çili)

Hedviq Lindal (“Volfsburq”, İsveç)

Sari van Venendal (“Atletiko”, Hollandiya)

“Ferens Puşkaş” mükafatı

Lionel Messi (Argentina). “Betis” – “Barselona” oyunu (17 mart 2019)

Xuan Fernando Kintero (Kolumbiya). “River Pleyt” – “Rasinq” oyunu (10 fevral 2019)

Daniel Zori (Macarıstan) – “Debretsen” – “Ferensvaroş” oyunu (16 fevral 2019).

Son yazılar

Yuxarı