“Feyenord”un yeni baş məşqçisi açıqlandı
06.03.2019 , 21:27

Hollandiyanın “Feyenord” klubunu gələn mövsümdən yeni baş məşqçi çalışdıracaq.
Adı çəkilən klub gələn mövsüm Covanni van Bronxorsun yerinə baş məşqçi olaraq komandaya “Zvolle”ni çalışdıran Jaap Stam’ın gələcəyini açıqlayıb.
Qeyd edək ki, “Feyenord” daxili çempionatda 24 turdan sonra 46 xalla 3-cü pillədə qərarlaşıb.
