“Feyenoord”un futbolçusu AFFA-dan təklif alıb?
22.12.2018 , 09:13

U-21 millimizin üzvü Ozancan Kökcünün qardaşı Orkun Kökcü Hollandiya mətbuatına müsahibə verib.
AFFA-nın diqqət mərkəzində olduğu iddia edilən futbolçu milli komanda məsələsi ilə bağlı hələ qərar vermədiyini deyib. Hollandiyanın U-19 yığmasında çıxış edən Kökcü Türkiyə millisindən dəvət aldığını desə də, Azərbaycanın adını çəkməyib: “Qərarımı verməmişəm. İndi buna ehtiyac duymuram. Türkiyədən də təklif almışam. Mən Hollandiya yığmasını seçəndən sonra onlar mənimlə əlaqə saxlamışdılar. Hollandiya yığmasında oynamaq qərarım gələcək üçün qəti deyil. Hollandiya yığmasının U-19-u Türkiyə millisindən daha yaxşı formalaşıb. Yekun qərarımda tələsmək istəmirəm”.
Qeyd edək ki, “Qroningen”in yetirməsi 2014-cü ildə “Feyenoord”un akademiyasınna keçib. 19 yaşlı yarımmüdafiəçi əsas komandada iki oyun keçirib və bir qol vurub.
