“Feyenoord”da yeni baş məşqçi
30.10.2019 , 19:58

“Feyenoord” klubunun yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, Rotterdam klubu Dik Advokata tapşırılıb. 72 yaşlı mütəxəssisin mövsümün sonuna qədər kluba rəhbərlik edəcəyi bildirilir.
Qeyd edək ki, “Feyenoord”da bir müddət əvvəl baş məşqçi Yap Stam istefa vermişdi.
