Topaz Premyer Liqasında fevral ayında vurulmuş ən gözəl qolu müəyyən etmək üçün səsvermə keçirilir.
Korner.az-ın məlumatına görə, səsvermədə iştirak etmək üçün pfl.az saytının ana səhifəsində sorğu bölməsində verilmiş 5 namizəddən birini seçə bilərsiniz.
PFL ötən ayın ən yaxşı qolu üçün 3 variant təqdim edib. Siyahıda “İnter”dən Ruslan Əmircanovla Aleksandr İaşvili, “Bakı”dan Aleksandar Soliç, “Qarabağ”dan Reynaldo Silva və “Qəbələ”dən Daniel Subotiç yer alıb.