Fevral ayının ən yaxşısı
03.03.2021 , 16:10

İtaliya A Seriyasında fevral ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu “İnter”in hücumçusu Romelu Lukakudur.
Bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Lukaku fevralda A Seriyası çərçivəsində 4 oyuna çıxıb. Forvard bu oyunlarda 4 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
