Fevral ayının ən yaxşı baş məşqçisi
14.03.2025 , 19:50

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, bu, “Everton”un baş məşqçisi Devid Moyesdir.
Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.
O, səsvermədə namizədlərdən Oliver Qlasner (“Kristal Pelas”), Anqelos Postekoqlu (“Tottenhem”), Marko Silva (“Fulhem”) və Arne Slotu (“Liverpul”) qabaqlayıb.
Mütəxəssisin rəhbərliyi ilə “Everton” ötən ay 5 matç keçirib, 2 qələbə qazanıb, 3 dəfə isə heç-heçə edib.
