Topaz Premyer Liqasında fevral ayında vurulmuş ən gözəl qolun müəllifi bu gün bilinəcək.
Korner.az–ın məlumatına görə, PFL-in saytında keçirilən sorğu bu gün saat 18:00-da başa çatacaq. Ən çox səs toplamış futbolçuya PFL və Topaz tərəfindən xüsusi mükafat veriləcək.
Qeyd edək ki, hal-hazırda əsas rəqabət “İnter”dən Asif Məmmədov və “Turan”dan Ender Günlü arasında gedir.