Fernando Yerro millidən ayrıldı
08.07.2018 , 16:30

İspaniya Futbol Federasiyası (İFF) millinin idman direktoru Fernando Yerro ilə yolları ayırıb
Yerro DÇ-2018 zamanı millinin baş məşqçisi vəzifəsini icra edib. Onun rəhbərliyi altında milli 1/8 finala vəsiqə qazansa da, bu mərhələdə penaltilər seriyasında Rusiyaya uduzaraq mübarizəni erkən dayandırıb.
Məlumatda deyilir ki, DÇ-2018-dən sonra Yerro idman direktoru vəzifəsinə qayıtmaqdan imtina edib. Bu səbəbdən onunla müqavilə ləğv olunub.
Qeyd edək ki, Fernando Yerro bu vəzifəni 2017-ci ilin noyabrından icra edirdi. Xulen Lopateqi millidən getdikdən sonra o, DÇ-2018-də baş məşqçinin səlahiyyətlərini icra edirdi.
