“Çelsi”nin üzvü Fernando Torres klubdan ayrılmaq niyyətindədi.
Korner.az-ın məlumatına görə, “Milan” klubu Balotellinidən sonra boş qalan yeri ispan forvardla doldurmaq isteyir. Dieqo Kostanın da “zadəganlar”ın heyətinə qatılmasından sonra əsas heyətdə çətinlik çəkən oyunçu Milana getməyə isti baxır.
Qeyd edək ki, bir neçə gün londonluların baş məşqçisi Xose Mourinyo Torres haqda: “O, daha çox qol vurmalıdı. Əsas heyət mübarizəsi asan deyil”, – firkilərini səsləndirmişdi. Görünür, futbolçu mübarizəni çətin bilib asan yolu seçmək istəyir.
