“Atletiko”nun hücumçusu Fernando Torres futbolçu karyerasını başa vurmağa hazırlaşmır.
Bu barədə 33 yaşlı oyunçu “Marca”ya açıqlamasında deyib. O deyib ki, hələ çox il oynamaq istəyir: “Mənə şans veriləcəyi təqdirdə, əlimdən gələni edəcəyimə söz verirəm. Çünki bunu “Atletiko” azarkeşləri istəyirlər. İrəlidə çox ilim var. Özümü komandanın əsas oyunçusu kimi hiss etmək istəyirəm”.
Torres 2015-ci ildən Madrid klubunda oynayır.
