Yunanıstanın yığmasının baş məşqçisi Fernando Santos “DÇ-2014″də Kot Divuar millisi üzərində qazanılan qələbəni şərh edib.
Korner.az-ın məlumatına görə, təcrübəli mtəxəssis bu görüşdə layiqli qələbə qazandıqlarını deyib:
“İki qol vurduq və daha iki dəfə də fərqlənə bilərdik. Qələbəyə layiqli oyun nümayiş etdirdik. Müdafiədə yaxşı oynayırıq, amma bu dəfə hücumda da istədiyim kimi təsir bağışladıq. Son dəqiqədə verilən penalti qərarı da düzgün idi. Bu qələbəni qeyd edəcəyik, çünki tarix yazdıq”.
