“Fənərbağça”ya transfer olunacağı gözlənilən Manuel Fernandeslə bağlı “Beşiktaş”ın prezidenti Fikret Orman maraqlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, “qara qartal”ın başqanı mətbuatda dolaşan bu transfer xəbərini belə dəyərləndiib:
“Fernandesin “Fənərbağça”ya getməsi mümkündü, ola bilər. Amma yalnız kafeyə, çay içməyə…”
Qeyd edək ki, Fernandes “Beşiktaş”a 2011-ci ildə “Valensiya”dan keçib.