"Mançester Yunayted"in keçmiş baş məşqçisi Ser Aleks Fergüsson bir vaxtlar adı çəkilən klubda birgə çalışdığı məşhur futbolçu Deivid Bekhem haqqında maraqlı açıqlamalar verib.
Korner.az–ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, şotlandiyalı mütəxəssis bildirib ki, Bekhem Viktoriya ilə evləndikdən sonra futboldan daha çox şou adamına çevrildi.
Fergüsson deyib ki: "Onun üçün Viktoriya ilə evlənənə qədər futbol hər şeydən vacib idi. Lakin sonra hər şey tamam dəyişdi Beks şan şöhrəti futboldan üstün tutdu".