KPR-in müdafiəçisi Rio Ferdinand yaşıl meydanlarla sağollaşmağa hazırlaşır.
Korner.az-ın məlumatına görə, məşhur futbolçu mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayıb:
“Mövsümün sonunda futbolu buraxmaq haqqında düşünürəm. Pensiyaya çıxmaqdan qorxmuram. Bu, onsuz da olmalıdı. Ümid edirəm ki, irəlidə yaxşı məşqçi olacağam. İllərimi futbola vermişəm. Bacardığım qədər futbolun içində olmağa çalışacağam. Dünya çempionatı boyunca şərhçilik etdim və həqiqətən də xoşuma gəldi. Mütləq nəsə etməliyəm”.
