Fellaini karyerasını Çində davam etdirəcək
31.01.2019 , 15:48

“Mançester Yunayted”in yarımmüdafiəçisi Maruan Fellaini karyerasını Çində davam etdirəcək.
Belçika millisinin üzvü “Şandonq Lunenq” klubuna keçib. Super Liqa təmsilçisi bu keçid üçün 11,5 milyon avro xərcləyib. Fellaini müqavilə bağlamaq üçün Çinə yollanıb.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2013-cü ildə “Everton”dan “Mançester Yunayted”ə keçmişdi.
