Felippe Koutinyo “Vasko Da Qama”dan ayrıldı
19.02.2026 , 14:30
Braziliya millisinin sabiq üzvü Felippe Koutinyo 33 yaşında “Vasko Da Qama” ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, yarımmüdafiəçi bu barədə sosial şəbəkədə paylaşım edib.
Koutinyo 2025-ci ilin yayından klubda çıxış edirdi. O, daha əvvəl “İnter”, “Liverpul” və “Barselona” kimi komandaların formasını geyinib və karyerası ərzində 11 kubok qazanıb.