Felipe Santosun yeni klubu
04.07.2023 , 20:50

Ötən mövsümün sonunda “Qəbələ”dən ayrılan Felipe Santosun yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, o, karyerasını İsrailin “Hapoel” (Hayfa) komandasında davam etdirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Müqavilənin detalları barədə məlumat verilməyib.
Felipe Santos ötən ilin yayından “Qəbələ”nin formasını geyinirdi.
