“Cim Bom” azarkeşləri nəhayət istəklərinə nail oldular.
Korner.az– ın məlumatına görə , "Qalatasaray" təcrübəli yarımmüdafiəçi Felipe Melonu müqavilə ilə məxsus olduğu “Yuventus"dan birdəfəlik alaraq, keçidinə son qoyub. Melo yaxın günlərdə İstanbul klubu ilə şəxsi müqaviləsini imzalayacaq. O, “Qalatasaray”a birdəfəlik transferi üçün məvacibinin əhəmiyyətli dərəcədə azalmağına razı olub.
