Derbidə yaşanan qalmaqallarda günahlandırılan Felipe Melo klubun rəsmi kanalına bu barədə açıqlama verib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, futbolçu, “Beşiktaş” azarkeşlərinə hörmət etdiyini bildirib.
Formasını çıxarıb yuxarı qaldırmasını isə braziliyalı belə izah edib: “Mən onu bizi meydanda dəstəkləməyə gələ bilməyən azarkeşlərimizə jest olaraq etdim. “Beşiktaş” azarkeşlərini təhrik etmək fikrim yox idi. Hadisədə məni günahlandırırlar, ancaq azarkeşlər arasında qalmaqal mən oyundan atılmamışdan əvvəl başlamışdı”.
