Feliks üçün pis xəbər
17.04.2019 , 19:32

“Benfika” klubunun parlamaqda olan gənc futbolçusu Juan Feliks nə “Barselona”, nə “Real” Madrid klubunun gündəmində deyil.
İspaniyanın MARCA nəşri bu barədə xəbər yayıb. Məlumata görə, adı çəkilən klublar 19 yaşlı futbolçu üçün 120 milyon avro ödəmək niyyətində deyil.
Qeyd edək ki, Juan Feliks bu mövsüm “Benfika”nın heyətində meydana çıxdığı 20 görüşdə 10 qol vurub.
