“Fehervar” – “Sumqayıt” matçının hakimi məlum oldu
18.07.2024 , 14:17

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Fehervar” – “Sumqayıt” oyunu üçün hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, matçı Kristoffer Karlsson idarə edəcək.
Ona həmyerliləri Mikael Hallin və Markus Lundqren Klitte köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Oskar Yonson yerinə yetirəcək.
İyulun 31-i “Sostoi Arena”da keçiriləcək görüşə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
