Federiko Qatti ciddi zədə səbəbindən əməliyyat olunacaq
03.12.2025 , 18:15
“Yuventus”un müdafiəçisi Federiko Qatti ciddi zədə alıb.
Korner.az xəbər verir ki, futbolçunun sağ dizində yırtıq müəyyən edilib.
Bu səbəbdən Qattinin yaxın günlərdə əməliyyat olunacağı gözlənilir. Müdafiəçinin bərpa müddətinin ən azı bir ay davam edəcəyi və onun 2026-cı ilin yanvarına qədər yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, Qatti İtaliya Kubokunun 1/8 finalında “Udineze” ilə keçirilən oyunda (2:0) zədələnərək 56-cı dəqiqədə oyunu tərk edib.