Azərbaycan Güləş Federasiyasının Prezidenti cənab Fazil Məmmədovun əmri ilə Federasiyanın baş katibi Əjdər Cəfərov vəzifəsindən azad edilib.
Korner.az-ın məlumatına görə, federasiya prezidentinin əmrinə əsasən, Rəşad Allahverdi oğlu Əli-Zadə Azərbaycan Güləş Federasiyasının baş katibi təyin olunub.
Məlumat üçün bildirək ki, Rəşad Əli-Zadə bundan əvvəl Azərbaycan Otüstü Xokkey Federasiyasında çalışıb. (AGF)
