Cüdo

Federasiyanın loqotipi yeniləndi

24.02.2022 , 16:19

Azərbaycan Cüdo Federasiyası təşkilatın inkişaf strategiyasına uyğun olaraq, loqotipinin tamamilə yenilənməsini həyata keçirib.

Korner.az xəbər verir ki, yeni loqotip və korporativ kimlik hazırlanan zaman cüdo idman növünün yaradıcısı Ciqaro Kanonun müəyyən etdiyi dəyərlər və həmçinin, bu idman növü üzrə mövcud olan son trendlər əsas götürülüb.

Yeni loqotip Federasiyanın fəaliyyətində mərhələli olaraq tətbiq ediləcək və prosesin aprel ayının sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Son yazılar

Yuxarı