Hollandiya Futbol Federasiyası ölkədəki Yəhudi Birliyinin atisemit şüarlar səbəbilə çempionat oyunlarının dayandırılması tələbini rədd edib.
Korner.az-ın məlumatına görə, Yəhudi Birliyi “Utrext” – “Ayaks” qarşılaşmasında yəhudilər əleyhinə şüarların səsləndirilməsindən sonra bu tələblə federasiyaya müraciət etmişdi.
Federasiya yəhudilərin tələbini rədd etsə də, tribunalarda oxşar halların yaşanmaması üçün aktiv mübarizəyə davam edəcəyini bildirib.
