Federasiyadan Qvardiolaya xəbərdarlıq
05.01.2019 , 09:43

İngiltərə Futbol Federasiyası “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolaya xəbərdarlıq edib. Baş məşqçi İngiltərə Premyer Liqasının 21-ci turunda “Liverpul”a qarşı oyuna (2:1) görə xəbərdarlıq alıb.
Qvardiolanın emosiyalarını cilovlaya bilməməsi bildirilir. Növbəti belə hal yaşandıqda mütəxəssisi cərimə gözləyir
