Dünya Futbolu

Federasiya tvitterdə elan verdi: Milliyə baş məşqçi axtarılır

15.12.2015 , 09:03

Kamerun Futbol Federasiyasının rəsmi tvitter səhifəsində maraqlı elan yerləşdirilib.

Korner.az-ın məlumatına görə, federasiya milli komandanın baş məşqçisi postuna namizədlərin tvitter vasitəsilə axtarıldığını bəyan edib.

Elanda namizədlər qarşısında qoyulmuş tələblər də yer alıb: "Namizəd 2016-2018-ci illərdə ölkə futbolunun inkişafı istiqamətində görəcəkləri işlər, təhsili və bioqrafik ərizəsini federasiyaya təqdim etməlidir. Baş məşqçi postuna kamerunlu və ya başqa ölkənin vətəndaşları namizədliklərini irəli sürə bilərlər. Əsas məsələ namizədin ambisiyalı, fiziki cəhətdən güclü və Afrika futbolu barədə geniş bilgiyə sahib olmasıdır".

Son yazılar

Yuxarı