Federasiya rəhbəri voleybolçularla görüşdü – FOTOLAR
12.04.2023 , 20:36

Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov voleybolçularla görüşüb.
Korner.az xəbər verir ki, yeni rəhbər Voleybol Mərkəzində ölkə çempionatında mübarizə aparan klublarla görüş keçirib.
Görüşdə klub rəhbərləri və əməkdaşları, eləcə də oyunçular iştirak ediblər.
Federasiya rəhbəri voleybolçularla söhbət edib, klubların vəziyyəti ilə maraqlanıb. Qarşıdakı işlərlə bağlı qısa məlumat verən Ş.Bağırov voleybolçulara və komandalara ölkə birinciliyindəki oyunlarda uğurlar arzulayıb.
