Federasiya rəhbəri qovuldu
25.04.2020 , 18:28

Ekvador Futbol Federasiyasının prezidenti Fransisko Eqas vəzifəsindən uzaqlaşdırılıb.
Korner.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Eqas, Ekvador Futbol Federasiyasının Direktorlar Şurasının qərarıyla vəzifəsindən qovulub. Buna səbəb, prezidentin iş qaydalarını pozması olub.
Xatırladaq ki, Eqas, 2019-cu ildən Ekvador Futbol Federasiyasına rəhbərlik edirdi.
