Federasiya prezidenti koronavirusa yoluxdu
16.03.2020 , 19:30

İsveçrə Futbol Federasiyasının prezidenti Dominik Blankda koronavirus aşkarlanıb.
Korner.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, 70 yaşlı futbol funksioneri boğaz ağrısı və öskürəklə bağlı şikayətlərinə görə həkim müayinəsindən keçib və onun koronavirusa yoluxduğu müəyyənləşib.
