Meksika Yüngül Atletika Federasiyasının prezidenti Antonio Losano həbs olunub.
Korner.az-ın məlumatına görə, Lusano 232 min avro mənimsəməkdə ittiham edilir.
Bədən Tərbiyəsi və İdman Milli Komissiyası federasiyaya maliyyə ödənişini dayandırıb. Bundan sonra federasiya prezidenti yerli idman nazirliyinin ayırdığı vəsaitin tibbi xərclərə necə xərcləndiyini izah edə bilməyib. İndi bununla bağlı istintaq başlayıb.
