Federasiya Elcanla bağlı açıqlama yaydı
31.07.2024 , 17:40

Paris 2024 Olimpiya Oyunlarının 1/8 raundunda Azərbaycan idmançısı Elcan Hacıyev fransalı rəqibi Maksim-Qael Hambu ilə mübarizə apararkən zədə alıb.
Korner.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ilkin müayinələr Elcanın çiynində sınıq olduğunu göstərib.
Parisdə xəstəxanaya aparılan idmançının MRT-dən sonra vəziyyəti ilə bağlı daha ətraflı və dəqiq məlumat veriləcəyi bildirilib..
