Federasiya Beyl ilə bağlı qərarını açıqladı
27.02.2019 , 18:07

Qaret Beylin “Atletiko Madrid” ilə görüşdə vurduğu qoldan sonra əli ilə etdiyi hərəkətə İspaniya Futbol Federasiyasından rəsmi cavab gəlib.
Federasiya rəhbərliyi futbolçunun əl hərəkətində qeyri-etik heç nə olmadığını açıqlayıb. 29 yaşlı futbolçuya cəza verilməyəcək. Uelsi oyunçu qarşıdakı görüşlərdə komandasına kömək edə biləcək.
Qeyd edək ki, Qaret Beylin bu hərəkətə görə 12 oyunluq cəza alacağı gözlənilirdi.
