Favr: “Bavariya”nın zəif nöqtələri var”
06.04.2019 , 13:05

“Borusiya” Dortmund klubunun baş məşqçisi Lusian Favr “Bavariya” ilə qarşılaşacaqları oyundan əvvəl açıqlamalar verib.
İsveçrəli çalışdırıcı rəqibdən çəkinmədiklərini və onların zəif nöqtələrinin olduğunu deyib.
“Hər klub kimi “Bavariya”nın da zəif nöqtəsi var. Lakin güclü tərəfləri daha çoxdur. Diqqtəli olmalı və səhv etməməliyik.”
Qeyd edək ki, Almaniya çempionatını 28-ci turunda “Bavariya” klubu doğma meydanda “Borusiya”nı qonaq edəcək.
