Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Mançester Yunayted”lə qarşılaşmaq üçün Mançesterə yollanan “Qalatasaray”ı qarşılamağa çıxan azarkeşlərlə polis arasında gərginlik yaşanıb.
Korner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komanda hava limanından çıxıb avtobusa doğru hərəkət edərkən bir neçə fanatın məşəl yandırması polislərin sərt reaksiyası ilə müşahidə olunub.
Nəticədə 2 azarkeş polis tərəfindən saxlanılıb. Hadisənin böyüdüyünü görən Fatih Terim avtobusdan enərək polislərlə mübahisə etməyə başlayıb. “İmperator” saxlanılan azarkeşlərin sərbəst buraxılmalarını istəsə də, polislər ona əhəmiyyət verməyiblər.
