Fatih Terimin hədəfindəki futbolçu
10.01.2025 , 15:15
“Əl-Şəbab” ilə yeni macəraya başlayan Fatih Terim heyətini gücləndirmək istəyir.
Korner.az xəbər verir ki, təcrübəli baş məşqçi “Fənərbağça”dan Səməd Akaydını istəyir.
Bu barədə “Sözcü” məlumat yayıb.
Xəbərdə, futbolçunun İstanbul təmsilçisinfən ayrılacağı iddia edilir.
Səməd Akaydın bu mövsüm “Fənərbağça”nın heyətində 7 matçda forma geyinib. Bu qarşılaşmalarda 509 dəqiqə meydanda olan 30 yaşlı müdafiəçi 1 qola imza atıb.