Fatih Terimin cəzası azaldıldı
01.01.2021 , 22:58
“Qalatasaray”ın baş məşqçisi Fatih Terimin cəzası azaldılıb.
Korner.az xəbər verir ki, mütəxəssisin cəzası 5 oyundan 4 matça endirilib.
Bundan başqa, ona verilən pul cəzası da azaldılıb. 67 yaşlı mütəxəssis 55 min 500 lirə yox, 42 min 500 lirə ödəyəcək.
Terim “Karagümrük” – “Qalatasaray” oyununda (2:1) hakimin ünvanına xoşagəlməz ifadələr dediyi üçün cəzalandırılıb.