Fatih Terimi o əvəzlədi
04.07.2025 , 10:28

Türkiyəli mütəxəssis Fatih Terimlə yollarını ayıran “Əl-Şəbab”ın yeni baş məşqçisi məlum olub.
Korner.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisini bundan sonra ispaniyalı İmanol Alquasili çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
54 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
