"Qalatasaray"ın baş məşqçisi Fatih Terim "Fənərbağça" ilə derbi öncəsi verdiyi qərarla futbolçularını sevindirib.
Korner.az-ın məlumatına görə, bu gün Türkiyədə "Analar günü" olduğundan futbolçuları ötən gün axşam məşqindən sonra evə buraxıb.
Prinsipial oyundan öncə klubun bazasında qalmayacaqlarını öyrənən oyunçular sevinclərini gizlətməyib.
Terim "Fənərbağça" oyununa kimi çempionluğun rəsmiləşəcəyi hal da, komanda üzvlərinin bazada toplaşmaları vacib olmayacağını bildirmişdi. Terim sözünün üstündə duraraq futbolçularına verdiyio vədə əməl etdi.
“Fənərbağça” – “Qalatasaray” oyunu bu gün Bakı vaxtı ilə 22:00-da start götürəcək.