Avro 2008-in 1/4 final mərhləsində Türkiyə və Xorvatiyanın baş məşqçiləri kimi qarşılaşmış Terim və Biliç Bu dəfə “Qalatasaray” və “Beşiktaş”ın çalışdırıcıları kimi yenidən üz – üzə gələcək.
Korner.az o gündən bu yana hər iki məşqçinin statistik məlumatları ilə sizi tanış edir.
2008-dən bu günə Fatih Terim:
26 İyun 2008- Türkiyə Almaniya millisinə uduzaraq Avro 2008-lə vidalaşdı.
17 May 2011- “İmperator” ləqəbli məşqçi yenidən “Qalatasaray” klubuna baş məşqçi təyin olundu.
12 May 2012- Terim “Qalatasaray”la ilk mövsümündə çempion oldu.
18 May 2013- Fatih Terimli “Cim Bom” ard -arda 2-ci il də çempion oldu.
22 Avqust 2013- Terim 3-cü dəfə Türkiyə millisinin baş məşqçisi oldu.
2008-dən bu günə Slaven Biliç:
20 İyun 2008- Biliç matç sonrası penaltilərdə Terimə məğlub olaraq Avro 2008-dən kənarda qaldı.
2009-2010- Xorvatiya millisi DÇ-yə vəsiqə qazana bilməsə də, Biliç komanda da qaldı.
11 Noyabr 2011- Biliçin Xorvatiyası Avro 2012-nin “pley – of” turunda Türkiyə millisini 3-0 hesabı ilə məğlub etdi.
15 Noyabr 2011- Komandalar arasındakı revanş matçı 0-0 heabı ilə bitdi və Xorvatiya Avro-2012-nin final mərhləsinə vəsiqə qazandı.
İyun 2012- İspaniya, İtaliya və İrlandiyanın olduğu qrupu Xorvatiya 3-cü yerdə bitirdi və turnirlə vidalaşdı. Biliç əvvəldən razılaşdığı “Lokomotiv” Moskva klubuna baş məşqçi oldu. Komanda da uğursuz mövsüm keçirən Biliç mövsümün sonunda klubdan ayrıldı.
25 İyun 2013- Biliç “Beşiktaş”ın baş məşqçisi təyin olundu.