"Qalatasaray" Çempionlar Liqasının qrup oyunu çərçivəsində öz meydanında qarşılaşacağı "Braqa" ilə oyuna hazırdı.
Korner.az-ın məlumatına görə, "Cim-Bom"un baş məşqçisi Fatih Terim sabahkı oyunla bağlı danışarkən itkiləri də vurğulayıb:
"Braqa"nın "Kluj"a məğlubiyyəti kimisə yanıltmasın. Bizim "Braqa" ilə oyunumuz çətin mübarizə şəraitində keçəcək və məqsədimiz yalnız qələbə qazanmaqdı. Düzdü heyətdə itkilərimiz var. Hamit Altıntop oynamayacaq. Elmander isə qidadan zəhərlənib. Ancaq onun sabahkı oyuna bizə kömək edəcəyini gözləyirik.
Səbirlə oynamaq məcburiyyətindəyik. Azarkeş dəstəyinə ehtiyacımız var".
