“Qalatasaray”ın baş məşqçisi Fatih Terim klubun yeni 2 illik müqavilə təklifini rədd edib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Antalyaspor” oyunundan sonra ona təklif olunan müqavilə təcrübəli məşqçini razı salmayıb.
Terimin müqaviləni 1 il artırmağın tərəfdarı olduğu deyilir.