“Qalatasaray”ın baş məşqçisi Fatih Terimin “Milan”a keçəcəyi ilə bağlı söz-söhbətlər vardı.
Korner.az– ın məlumatına görə, “İmperator” dünən "Qalatasaray" – “Orduspor” oyunundan sonra verdiyi açıqlamada bu xəbəri yalanlayıb.
”Mən “Qalatasaray”ın baş məşqçisiyəm. Orada mənim imzam var. ”Qalatasaray”da görüləcək işlərim çoxdu. Qarşıda bizi uzun yol gözləyir. İndi biz transfer barədə danışmamalıyıq. “Orduspor”a məğlub olmuşkən diqqətimizi “Braqa” ilə oyuna yönəltməliyik. Həmin oyunu qazanmalıyıq ki, qrupdakı mövqeyimizi yaxşılaşdıraq”.