“Kasımpaşa” ilə matçdan sonra “Qalatasaray”ın baş məşqçisi Mançini komandasının 3 dəfə daha çox müdafiə çalışmalı olduğunu və bu komandanın müdafiə anlayışının zəif olduğunu deyərək komandanın sabiq çalışdırıcısı fatih terimi üstüörütülü şəkildə tənqid etmişdi.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə millisinin baş məşqçisi Fatih Terim italyan məşqçinin cavabını verib:
“Fatih Terimin komandası 3 dəfə çox müdafiə yox, 3 dəfə daha çox hücum çalışar. Mən bu komandanı iki il dlbadal çempion etmiş, iki Super kubok, “Emirates Cup”-ı qazanmış, ÇL-də 1/4 final oynatmışam. Və mən komandadan gedəndə biz liqada naməğlub idik”.
