"Bu gün meydanın zəiflərindən biri hakim idi. Belə hakimlər hakimləri bu tip həlledici oyunlara təyinat almamalıdı. Lazım olmayan yerdə fit çalır, lazım olan yerdə yox. “Real” onsuz da favoritdi. Bu haqda danışmaq lazım deyil. Referiyə də ehtiyacları yoxdu. ".
Korner.az–ın məlumatına görə, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Fatih Terim ÇL 1/4 final mərhələsinin "Real"la ilk oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
"Cim-Bom"un çalışdırıcısı yaxşı oynadıqlarını ancaq bunu hesabda əks etdirə bilmələləri üçün məyus olduqlarını bildirib:
"Fikiləşməyin ki, məğlub olmağımızda günahkar kimi hakimi görürəm. Biz ən yaxşı oyunlarımızdan birini oynadıq. 2 top fərqi ilə geri olduğumuz zaman qol vurmağımız hər şeyi dəyişəcəkdi. Ancaq Madriddə qol vurmalı idik, vura bilmədik".
