"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasında qarşılaşacaqları "Şalke" matçı haqqında açıqlama verib.
Korner.az-ın məlumatına görə,Terim futbolçularına güvəndiyini deyib:
"Şalke" ilə oyunda qələbə qazanmaq arzusunu meydanda mübarizəyə çevirmiş bir komandanın meydana çıxacağına inanıram. Ümid edirəm ki, bu dəfə də qapını saxlayıb dirəklərə vurmarıq. Futbolçularıma güvənirəm. İnanıram ki, bu dəfə şans bizdən yana olar".