Türkiyə millisinin baş məşqçisi Fatih Tərim komamandanın “sükanı arxası”nda qalacaq.
Korner.az-ın məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsinə gözlənildiyi kimi start verməyən “ay-ulduzlular” “İmperator”la yollarına davam edəcək.
İslandiya (3:0) ilə Çexiya (2:1) məğlubiyyəti və Latviya ilə 1:1 hesablı heç heçədən sonra ölkə futbol federasiyası bu gün bununla bağlı qərar verib. 3 oyundan yalnız 1 xal toplamasına baxmayaraq, rəhbərlik komandanı yenidən Tərimin çalışdırmasını açıqlayıb.
