“Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim “Real” ilə oyundan əvvəl mətbuat konfransında iştirak edib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Fatih Terim bunları deyib: “Real”ın favorit olduğu bir qrupdayıq. Hər oyuna xal qazanmaq üçün çıxmalıyıq. Məqsədimiz Çempionlar Liqası ilə birlikdə Super Liqada da yaxşı nəticə qazanmaqdır. Ümüd edirəm sabahkı oyunda yaxşı nəticə göstərib, Super Liqadakı nəticələri yaddan çıxardacağıq. Futbolçularım hər komanda ilə bacara bilər. “Real”ın heyətində ulduz futbolçular çoxdur. Madrid klubunu ötən il məğlub etmişdik. Sabah da bunu edə bilərik”.
Qeyd edək ki, “Qalatasaray” – “Real” (Madrid) oyunu sabah saat 23:45-də başlayacaq.
