Türkiyə Superliqasının qalibinin müəyyənləşməsinə 4 gün qalsa da, bir məsələ hələ də həllini tapmayıb. Korner.az-ın məlumatına görə, söhbət cəzalı olduğu üçün texniki zonada oturmaqdan məhrum olan "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin oyunu stadionun harasından izləyəcəyindən gedir.
Ötən tur "Beşiktaş"la qarşılaşmanı "Qalatasaray" TV-nin lojasından izləyən Terimin "Şükrü Saraçoğlu"da harada oturacağı müzakirə edilir. Hələlik 3 variant var:
1. "Fənər" yönətimi Terim üçün loja ayıra bilər;
2. Azarkeşlər arasında izləyə bilər – təhlükəsizliyinin tam təmin olunması ilə;
3. "Qalatarasay"ın texniki zonasından bir qədər yuxarıdakı tribunadan mühafizəçilərin əhatəsində izləyə bilər.
Qeyd edək ki, Fatih Terim "Trabzonspor"la qarşılaşmada hakimi təhqir etdiyinə görə 3 oyunluq cəzalandırılıb.